måndag 7 maj 2007

Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT)in Bildirisi






Azərbaycan Milli Dirəniş Təşkilatı
(AMDT)

Azərbaycanda Öyrənci Günü Münasibəti ilə Bağlı Bildiri
Azərbaycan Milli Dirəniş Təşkilatının
(A.M.D.T) Öyrənci Komitəsi


Şübhəsiz dünya öyrənci hərəkatının keçmişi özverilik, millət qarşısında borc hissi, düşüncə istehsalı və cəsarətli yürümələr ilə doludur. Bu arada bu gün cəsarətlə demək olar ki Azərbaycan öyrənci hərəkəti dünyanın modern öyrənci hərəkatını təmsil edən Fransız, Almaniya, Latin Amerikan, Ortadoğu və Uzaqdoğu bölgələrinin öyrənci hərəkatına tay altyapısı qurulmuşdur eləcədə Azərbaycan milli hərəkətinin bir çox teorik və praktik bölümün öhdəsinə alma və mükəmməl həyata keçirmə potensiyasını da zaman-zaman göstərmişdir. Azərbaycan öyrənci hərəkəti zatən ideal tutumları öz içində yaşatdığına görə genellikdə Azərbaycan Milli Hərəkətinin ideal istəkləri mövqeyində dayanmışdır ki bugünkü günümüzdə yaşanan ağır fonlar üzündən universitet dışında həmən idealları açıqca müdafiə etməkdən aktivistlərimiz bəzən çəkinmişdirlər.

Dünyanı dolaşdığımızda 60 dan artıq hərəkətinin doğuşu və gəlişimində universitet öyrənciləri öncü çıxışları və dinamizyalari ilə, gənclik hərəkətinin böyük ölçüdə amili durumundadırlar. universitetlilerin hərəkətə keçən dinamik bir yapısı vardır və zatən hər zaman bu bəlirləyici faktor kimi öyrənci hərəkətində rolu olmuşdur.

Aydını yiyən Fars şovinizmi pulun, zorakılığın və cəhalətin hakimiyyəti altında böyük bir qaranlıq ortamını təşkil etməkdədir. Bu qaranlıq, bu gün dirənən öyrəncilərin mücadiləsi ilə bir miqdar olsun aydınlanır. Ancaq hələ qaranlıq hakim olmaqdadır. Pul və cəhalət, Fars şovinizminin qaranlıq sürəkliliyini sağlayır. Bu durum isə, öyrənci bətnində təpkinin ağır-ağır irəliləməsinə nədən olsa da Azərbaycan öyrənci hərəkəti bu aşamanı aşma yoluna gəlmişdir. Həmən aşamaları biz 1995 və 2006 illərində açıqcasına görürük.

12 il öncə (1995-1374) ili Azərbaycan öyrənci hərəkətinin milliyyətçi görüşlərinin isbatında dönüş nöqtəsi sayılan il kimi qeydə alınsa da artıq diqqəti çəkən məsələ hərəkətin bətnində olan anti-şovinizm özəlliyidir ki həmən ildə Təbrizin xiyabanlarına sərgilənən öyrənci protestosu türk milliyyətçiliyi və Azərbaycan özəkli düşüncə sistemi özəlliyinin istiqamətində olduğunu qanıtladı. Bu o deməkdir ki 80-70(50-40 şəmsi) onillikləri əksinə 90 inci onillik içərisində Azərbaycan öyrənci hərəkəti milli düşüncələrin və milliyyətçi kəsimlərin öyrənci və gənc qatlarında yüksəliş şahidi olur. Günümüzə gəldiyimizdə artan və böyən sırasında bulunan hərəkət kimi özünü təqdim edən Azərbaycan öyrənci hərəkatı başqa İran ekseni(mehvəri) və İran çıxarları uğrunda fəaliyyət göstərən öyrənci hərəkətləri əksinə öz görevini Azərbaycan milli çıxarları uğrunda aldığını ortaya qoymaqdadır.

Azərbaycan öyrənci hərəkətinin təşkilatsızlığına rəğmən 90 inci on illərin sonu Azərbaycan milli hərəkətinin vizyonlarına və amaclarınıa aydınlıq gətirən dinamik qurum kimi ortada olması ilə bərabər böyük çapda öyrənci yayınını əldə etməsi onun ən böyük güc nöqtəsi kimi dəyərləndirilir. Söz qonusu illər, öyrənci hərəkəti universitetlər içi və arası öyrənci dayanışmasını sağlaya bilmişdir ki həmən dayanışmaların davamı hazır ki əsrə çəkildiyində May 2006 baş qaldırmalarında önəmli rolu üzə çıxmışdır. May-2006 baş qaldırmalarının startını vuran və sürəkliliyini sağlayan öyrənci çalışqanları, başda may baş qaldırmalarının yaradıcısı olmaq üzrə digər tərəfdən universitet dışı milli hərəkətin fəalları ilə “işdə və fikirdə” koordinator amili kimi olduqlarına baxdığımızda universitet dışı və içi əlaqələrin sıx-sıx getməsi əldə edilən uğurların ən böyük rəmzi kimi ortaya çıxır.


“A.M.D.T” enin öyrənci qolu olaraq:
“A.M.D.T” enin öyrənci qolunda fəaliyyət göstərdiyimiz vaxtdan bir il ötür. Bu bir il içərisində təşkilata yararlı işlər irəli sürdüyümüz ilə bərbər heç zaman öyrənci hərəkətindən bir anda belə olsun ayrı düşmədik . Biz inanırıq ki bugünkü sorunlarımızın qaynağı, örgütsüzlüyümüzdür. İndi bu örgütlənmeyi, milli mücadilənin hər alanında gəliştirmək əsasdır. Bu mübarizə, həyatın hər alanında, günün hər anında sürəcək bir mübarizədir. enişlər çıxışlar əlbəttə olacaqdır. Ancaq qazandıran şey sürəklilikdir. Bu üzdən öyrənci hərəkəti də bu qaydadan istisna olmur. Zamanı gəldiyində Şovinistlərin çox amaclı olaraq düzənlədiyi istilalar altında təşkilatı təcrübəsi olmayan öyrənci hərəkəti zavala doğru getməsi düşündürücüdür. Azərbaycan öyrənci hərəkəti ölçüsündə yararlı və dinamik bir potensiyaya sahib hərəkətin hər növ zərər alıcı hava boşluğunu tıxmaqla eyni zamanda Önləyici stratejilər öyrənci hərəkətinin qorunması üçün seçilməsə, zamanı gələn kritik anlarda Azərbaycan milli hərəkətinə böyük təsirlər buraxa bilər.

Artıq Fars şovinizmi Sistematik olaraq millətimizin düşünüşünü qaranlıqlara yönəldilməsi və iqtisadiyyatımızın altyapısını düşük duruma gətirməsi üçün çəkdiyi planlarını qısır qoyma yolu aydınlarımız yanı sırası öyrəncilərin millətimizə İranın bugünkü siyasi durumunun açıqlaması ilə bərabər dünyanın başqa azad millətlərinin əldə etdikləri uğurları ilətmək üçün böyük çapda informasiya ilətişiminin yapıqları ön planda görülməlidir. İnanırıq ki Fars şovinizmini partladan təkcə informasiya partlayışı olacaqdır.

“A.M.D.T” enin öyrənci qolu olaraq:
Bugünkü günü (09 May) bütün dünya Azərbaycan öyrəncilərinə və güney Azərbaycanın Fars şovinizminin yürüdüyü çox amaclı agresyon siyasətə qarşı canı və malı ilə dirənən öyrəncilərimizə təbrik edirik. İnanırıq ki bugünkü Azərbaycan öyrənci hərəkəti gələcək azadlıq tariximizdə ucalarda əsən bayraq kimi əbədi və ölümsüz əsəcəkdir.

Gələcək bizimdir... ülküsünə doğru yürüyənlərə eşq olsun.

Azərbaycan Milli Dirəniş Təşkilatının
(A.M.D.T) Öyrənci Komitəsi

Inga kommentarer: