lördag 5 maj 2007

M.Ə. Rəsulzadənin 1953 cü ildə xalqa xitabı
M.Ə. Rəsulzadənin Atatürk haqqında fikirləri
...28 Mayıs 1918-də, İstiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi... Bu tarixdə Türk və Müsəlman aləmində, ilk dəfə, milli Xalq hakimiyyətinə dayanan bir cümhuriyyət qurulmuşdur... Vətəndaşlar! Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər dürlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti, şairin deyişiylə dilə gətirirəm:
Sən bizimsən, bizimsən durduqca bədəndə Can,Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!
Məhəmməd Əmin Rəsulzadənin "Amerikanin səsi" radiosu ilə xalqa xitabiDinlə(4.9 MB, mp3)


“Nə İngilis himayəsi, nə Amerika mandası altında deyil, o qurtuluşu yalnız hakimiyyəti milliyəyə müstənid, bilakayduşart müstəqil bir Türk dövləti təsis etməkdə görmüşdü. Onun diləyi : 'Ya ölüm, Ya istiqlal' idi. Anadolu’ya o bu diləklə geçdi, əfsanəvi İstiklal Harbini başaran baş qəhraman, Çanakkale zəfəri üzərinə, Sakarya ve Dumlupınar kimi zəfər taclarıyla bəzəndi.Tarixin üç böyük imperatorluğunu dizləri altına alaraq istədikləri kimi parçalayan galiblər, bir ovuc Anadolu mücahitləri qarşısında ricata məcbur qaldılar! “Başındakı kumandanı kaçmadıkça, Türk neferi hiç bir zaman kaçmaz” deyən böyük kumandanın sözü doğru çıxdı. Ölüm beratı sevr yırtıldı, istiqlal vəsiqəsi “Lozan” yazıldı. Atatürk, bir millətin halasını yalnız özündəki qüvvətdən gözləmişdir. Bu fikir, onun gəncliyə xitabında bilhassa bəlirtilmiştir. Muazzam əsərinin müdafaasını əmanət ettiği Türk Gencliyinə “ Muhtaç olduğun kudret damarlarındaki asil kanda mevcuttur” deyən ATATÜRK’ün Türk kəndlisi ile nəfəri haqqındakı səmimi fikirləri, məlumdur. Ona görə də, “Memleketin yegane efendisi köylüdür!” , Nə mutlu Türküm diyənə ! Bu ən çox təkrarladığı bir şüardır.