söndag 6 maj 2007

Azerbaycan konserti Isvec Stockholmda

Bildiriş
Azərbaycan Konserti
Dəyərli musiqisevənlər,
böyük sevinclə Təbrizin böyük musiqi grupu olan,

DALĞA TOPLULUĞU’nun

Stockholmun Södra Teater Böyük Salonunda verəcəyi konsertinin gözəl xəbərini vermək istəyirik.

Bu konsertdə gözəl səsləri olan iki böyük oxucu Aşıq Məhbub və Cəfər Əhmədi yurdumuzun gözəl mahnılarını oxuyacaqlar.

Görkəmli musiqiçi Aşıq Çingizin başçılıq etdiyi

DALĞA MUSİQİ TOPLULUĞU
dünyanın bir çox yerində unudulmaz gözəl konsertlər verib, Azərbaycanı, Azərbaycan aşıq musiqisini yüksək səviyyədə tanıtdırıb, Azərbaycana şan şöhrət qazandırıbdır.

Aşıq Çingizin başçılıq etdiyi görkəmli DALĞA MUSİQİ TOPLULUĞUnun bu ilk kəz İsveçə gəlişidir.

DALĞA MUSİQİ TOPLULUĞU İsveçin ayrı-ayrı şəhərlərində də konsertlər verəcəkdir.
Beləliklə, bütün musiqisevərlərdən bu unudulmaz böyük konsertə gəlmələrini gözləyirik.

STOCKHOLM:
Gün: 6 may 2007 (bazar günü / Söndag)
Saat: 17.00
Yer: Stora Scenen, Södra Teater, Stockholm
Konsertlə bağlı ayrıntılı bilgiləri aşağıdakı e-mail adresindən ala bilərsiniz.
Tel: 0046 8 7586635 / 0046 707 150 117

Inga kommentarer: